Ukrayna prezidenti Vladimir Zelenski Finlandiyaya səfər edib və burada sammitdə Şimali Avropa ölkələrinin hökumət başçıları ilə görüşəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Finlandiya prezidenti Sauli Niinistenin ofisinə istinadən məlumat yayılıb.

Bundan əvvəl Zelenskinin sammitdə iştirakı rəsmi olaraq elan edilməmişdi. Ofis Finlandiya və Ukrayna prezidentlərinin də rəsmi danışıqlar aparacağını vurğulayıb. Onlar Finlandiyanın Ukraynaya dəstəyini, ölkələr arasında ikitərəfli münasibətləri və qlobal geosiyasi vəziyyəti müzakirə edəcəklər.

Günün ikinci yarısında Niiniste Nordic-Ukrayna sammitinə ev sahibliyi edəcək. Zelenski ilə yanaşı, İsveçin baş naziri Ulf Kristersson, Danimarkanın baş naziri Mette Frederiksen, İslandiyanın baş naziri Katrin Yakobsdottir və Norveçin baş naziri Jonas Qahr Stere də iştirak edəcək. Görüş zamanı Kiyevə gələcək dəstək, ölkənin Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafı, eləcə də Ukraynanın ədalətli sülhün bərqərar olması təşəbbüsü müzakirə olunacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN