ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə Respublikaçılar Partiyasından prezident seçkiləri üçün keçirilən yeni sorğuda əsas rəqibi, ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSandisi 36 faiz qabaqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Daily News” yazır.
Məlumatlara görə, Trampı GOP seçicilərinin 58 faizi dəstəkləyir, son aylarda reytinqlərdə ciddi şəkildə geriləyən DeSantis üçün bu göstərici 22 faizdir.
Respublikaçı seçicilər Trampın porno ulduz Stormi Danielsə susqunluq pulu ödəməsi və yazıçı Ceyn Kerrollun zorlama məhkəməsi ilə bağlı ittihamları ilə mübarizə apararkən onun ətrafında toplaşıblar.
Mayın 1-də Nyu-York məhkəməsi keçmiş ABŞ prezidentinin zorlama cəhdi ilə bağlı prosesin ləğv edilməsini rədd edib. Trampın vəkili Joe Tacopina hakim Louis Kaplanı qərəzli olmaqda və Carrolla rəğbət bəsləməkdə ittiham edərək, ləğv edilməsini tələb edən vəsatət qaldırıb. Lakin növbəti iclası açan hakim vəsatətin təmin olunmadığını bildirib.
Məhkəmə zalında keçirilən dinləmə zamanı Tramp iştirak etməyib. Agentliyin məlumatına görə, iş üzrə dinləmələr bir həftə davam edəcək.
E.ŞİRİNOV