Yeni Zelandiya Xarici İşlər Nazirliyi Ukraynada hərbi əməliyyatların başlamasından sonra tətbiq edilən anti-Rusiya sanksiyalarının siyahısının genişləndirildiyini açıqlayıb. 9 rus və 18 rus şirkətinə qarşı tədbir görülür.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Qurum konkret olaraq kimin qara siyahıya salındığını açıqlamayıb.
Ölkə hökuməti həmçinin Ukrayna hərbçilərinin təlim mərkəzlərində hərbi personalın işinin 2024-cü il iyunun 30-dək uzadılması barədə göstəriş verib. Hakimiyyət həmçinin Ukraynaya dəstək fonduna iki milyon dollar göndərəcək.
Daha 1,5 milyonu Ukraynadan olan qaçqınlara kömək məqsədilə BMT-nin Qaçqınlar üzrə Komissarlığına, 1,3 milyonu isə münaqişədən zərər çəkənlərə hüquqi dəstək göstərmək üçün göndəriləcək.
E.ŞİRİNOV