Almaniya mətbuatı Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfərinin təfərrüatlarının açıqlanması səbəbindən ləğv oluna biləcəyini yazır.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Ukrayna prezidentinin ofisinin Zelenskinin Berlinə planlaşdırılan səfərinin təfərrüatlarının mediaya sızmasından “çox məyus” olduğu bildirilir. Hazırda səfərin ləğvi məsələsi müzakirə olunur.

Bundan əvvəl Almaniya kansleri Olaf Şoltsun Zelenskini mayın 13-də Berlinə səfərə dəvət etdiyi bildirilirdi. Bundan əlavə, mediada planlaşdırılan səfərin bir çox təfərrüatları - Ukrayna prezidentinin hansı hava limanına gələcəyi, hansı oteldə qalacağı, həmçinin Şolts ilə danışıqlardan sonra hara və necə gedəcəyi barədə məlumatlar yer alıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN