Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın Aland adalarındakı konsulluğu ilə bağlı insidentlə bağlı məlumatı polisə təhvil verib.

Bu barədə mediaya ölkənin Xarici İşlər Nazirliyinin rabitə departamentinin əməkdaşı Vilma Sorrin məlumat verib.

Bundan əvvəl naməlum şəxs Rusiyanın Mariehamn şəhərindəki konsulluğuna qarşı vandalizm aktı törədib. Hadisə ilə əlaqədar Rusiyanın Helsinkidəki səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək, günahkarların məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsini tələb edib. Hadisə nəticəsində poçt qutusu zədələnib, diplomatik nümayəndəliyin pəncərə şüşəsi pivə şüşəsi ilə sındırılıb. Günahkarlar hələ də tapılmayıb.

“Belə bir təcrübə var ki, bir ölkə nota göndərir, biz ona cavab veririk. Biz də Rusiyaya cavab verdik və bu hadisə ilə bağlı ciddi olduğumuzu bildirdik və məlumatı polisə çatdırdıq”, - deyə Sorrin qeydə cavab verib.

Onun sözlərinə görə, Aland adalarının rəsmiləri və bölgə polisi sıx əlaqələr saxlayır və baş verənlər barədə mütəmadi olaraq məlumat mübadiləsi aparır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN