Dünən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevi atəşə tutması nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqramda məlumat yayıb. Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın iki rayonunda zərərsizləşdirilən hədəfin qalıqlarının düşməsi qeydə alınıb. Bildirilib ki, ölənlərin hamısı Desnyanski rayonunda olub. Bundan başqa, həlak olan 3 nəfərdən 2-si uşaqdır.
Ukraynanın Müdafiə Nazirliyi cavab addımlarının sərt olacağını açıqlayıb. Hərbi ekspertlər hesab edir ki, Ukrayna ordusu ən azı bu gün rəsmi Kremlin cavabını verəcək...
A.Məmmədli