Fransa lideri Emmanuel Makron Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata (XHƏ) başlamaq qərarını NATO üçün ən güclü elektrik şoku ilə müqayisə edib.
Tezadlar.az xəbər verir ki, o, bu barədə Bratislavada keçirilən beynəlxalq təhlükəsizlik konfransında bildirib.
Tədbirdə çıxışı zamanı o bildirib ki, “Vladimir Putinin qərarı alyansı güclü elektrik şoku ilə oyatdı”. Fransa prezidenti həmçinin Qərbi daha fəal olmağa və “Ukraynaya effektiv əks-hücum əməliyyatı keçirməkdə hər vasitə ilə kömək etməyə” çağırıb.
Bundan əvvəl Makron vurğulayıb ki, Qərb Ukraynaya maddi və etibarlı təhlükəsizlik təminatları verməlidir. O qeyd edib ki, bu məsələ yaxın həftələrdə kollektiv müzakirə mövzusu olacaq.
O, həmçinin ukraynalı həmkarı Vladimir Zelenskini Ukraynada sülh nizamlanmasına dair Parisdə sammit keçirməyə dəvət edib. “The Wall Street Journal” yazır ki, Ukrayna prezidenti Makrondan beynəlxalq münasibətlərdə ona kömək etməsini istəyib.
E.ŞİRİNOV