Fransa prezidenti Emmanuel Makron Kişinyovda keçirilən beştərəfli görüşün yekunları ilə bağlı verdiyi bəyanatla onun nəticələrini və tərəflərin mövqeyini təhrif edib.

Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, Fransa liderinin hərəkətləri Bakı ilə İrəvan arasında sülh prosesinə töhfə vermir.

“Daha sonra Fransa prezidentinin görüşün birtərəfli qaydada elan edilməsi tərəflərin mövqeyini əks etdirmir və təhrif edir. Təəssüf ki, bu, Fransanın ilk belə hərəkəti deyil və bu, Azərbaycan və Ermənistan arasında sülh prosesinə, regionda sülh və sabitliyə müsbət töhfə vermir”, - Hacızadə bildirib.

Bundan əvvəl Makron Ermənistan və Azərbaycan arasında dinc münasibətlərin qurulmasına töhfə vermək niyyətində olduğunu bəyan edib. Fransa liderinin fikrincə, nizamlanma tərəflərin hər birinin maraqlarına riayət olunmasını, eləcə də milli azlıqların hüquqlarına hörməti təmin etməlidir.

Qeyd edək ki, iyunun 1-də Kişinyovda Ermənistan, Azərbaycan, Almaniya, Fransa liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin beştərəfli görüşü keçirilib. Tərəflər Qarabağ sakinlərinin təhlükəsizliyini, regional nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılmasını, eləcə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələlərini müzakirə ediblər. Həmçinin tədbir zamanı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına dair razılaşma məsələsi qaldırılıb.

Avropa Şurasının rəhbəri Çarlz Mişel sülh sazişinə gedən yolda danışıqları çox məhsuldar adlandırıb və Ermənistan və Azərbaycan liderlərinin növbəti görüşünün iyulun 21-nə planlaşdırıldığını və Brüsseldə keçiriləcəyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN