Ukrayna prezidenti Vladimir Zelenski 10 yaşlı oğlunu və digər ailə üzvlərini ölkədən çıxarmaqdan imtina etdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə o, Almaniyanın “Bild” nəşrinə müsahibəsində danışıb.
“Övladlarım Ukraynadadır, oğlumun 10 yaşı var və Ukraynadadır. O, xaricə aparıla bilərdi, amma nə mən, nə də həyat yoldaşım bu barədə düşünməmişdik”, - deyə Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkə üçün belə ağır bir vaxtda övladlarının “xaricə gedib çimərlikdə günəş vannası qəbul etməsini” “ədalətsizlik” hesab edir.
Eyni zamanda, Zelenski qeyd edib ki, onun ailəsi hələ də çox narahatdır. “Təbii ki, uşaqlarım qorxur. Biz bir-birimizi sevirik və bir-birimiz olmadan necə yaşayacağımızı təsəvvür etmək çox çətindir", - deyib.
Bundan əvvəl bildirmişdik ki, Zelenski Xerson vilayətinin Kiyevin nəzarətində olan və Kaxovskaya SES-in dağıdılmasından sonra zərər çəkmiş hissəsinə baş çəkib.
E.ŞİRİNOV