NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynanın alyansa daxil olması məsələsi “praktik olaraq həll olunub” və Rusiyanın alyansın genişlənməsinə veto hüququ yoxdur.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Stoltenberq ABŞ-da çıxışı zamanı belə bir bəyanatla çıxış edib.

O vurğulayıb ki, NATO müttəfiqləri Ukraynanın alyansa daxil olması ilə bağlı razılıqlarını dəfələrlə bəyan ediblər. Onlar sonuncu dəfə 2022-ci ilin yayında Madriddə keçirilən sammitdə belə mövqe bildiriblər. NATO üzvləri qərara gəliblər ki, Kiyevin alyansa rəsmi dəvətinin vaxtını yalnız onlar və Ukrayna müəyyən edəcək.

“Və bunun Moskva və Rusiya prezidenti Vladimir Putinlə heç bir əlaqəsi yoxdur. Onun NATO-nun genişlənməsinə veto qoymaq hüququ yoxdur”, - Stoltenberq bildirib.

2023-cü ilin aprelində Kiyevə səfəri zamanı Stoltenberq bəyan edib ki, “Ukraynanın layiqli yeri Avro-Atlantik ailədə və NATO-dadır”.

Daha sonra may ayında verdiyi müsahibədə o, NATO üzv ölkələrinin qərarlarını gözləyə bilmədiyini vurğulayıb, "amma bir şey aydındır: hamısı Ukraynanın alyansa üzv olması ilə razıdırlar."

Lakin sonradan o, hərbi əməliyyatlar bitənə qədər Ukraynanın alyansa daxil olmasının gündəmdə olmayacağını bəyan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
Min aya dəyən ömür
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN