Əks -hücum əməliyyatı ilə Ukrayna ordusunun hərbi birləşmələri uğurlu əks-hücum əməliyyatları zamanı Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələrini Rusiya hərbçilərindən azad ediblər.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Ukraynanın 7-ci əlahiddə AREY UDA batalyonunun komandanlığı feysbukda belə bir xəbər yayıb. 129-cu briqadasının Könüllülər Ordusunun “AREY” 7-ci əlahiddə batalyonu mayor Aleksandr Qrişukun komandanlığı ilə Volnovaksk rayonunun Velikonovoselkovska qəsəbə icmasının Neskuçne kəndini azad edib.  Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Blaqodatnının Rusiya hərbçilərindən azad edildiyini rəsmən təsdiqləyib. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqram kanalında hücumun həyata keçirildiyi istiqamətlər barədə danışaraq, Ukrayna qoşunlarının Baxmut bölgəsində hücum əməliyyatlarını davam etdirdiyini qeyd edib.

Qeyd edək ki, Vladimir Putin də neçə gün əvvəl Ukrayna ordusunun əks -hücum əməliyyatına başladığını etiraf etmişdi. Kremldə bu əməliyyatların nə ilə nəticələnəcəyi ətrafında ciddi müzakirələr getməsi barədə dünya mediası da yazır. Sosial mediada isə qeyd olunur ki, Rusiyanın hərbi komandanlığı vəziyyətin gərgin olduğunu etiraf etməkdədir. Ordunun xeyli itki verdiyini müdafiə naziri Şoyqu bir neçə gün əvvəl öz çıxışında da bildirmişdi.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN