Qazaxıstanın Abay bölgəsindəki meşədə baş verən yanğın zamanı həlak olanların ailələrini ölkə Prezidenti Kasım Jomart Tokayev  qəbul edib.

Yerli KİV-in məlumatına görə, Qazaxıstan prezidenti ilə görüşdə müfəttiş Qubayevin dul arvadı prezidentə bildirib ki, əri faciədən əvvəl meşə təsərrüfatında çoxsaylı problemlər olduğundan işdən çıxmaq istəyib, lakin ərizəsi imzalanmayıb.

"Niyə ərim meşədə qulluq edərkən şəxsi avtomobilində olub? Niyə həmişə ehtiyat hissələri yoxdur, maşınlar isə xarab olur? Niyə ərim məktub yazmağa gələndə meşə təsərrüfatı filialının müdiri istefa ərizəsini imzalamadı. Dedi ki, onu görməyiblər”, - deyə Tatyana Budyuk qəzəblənib.

meseci-arvadlari

Kasım-Jomart Tokayev isə cavabında vəziyyətə baxacağını və ailəyə maddi yardım edəcəyini vəd edib.

"Başa düşürəm ki, ərini itirdin, çörək verənini itirdin. Uşaq qaldı. Ona görə deyirəm ki, kömək edəcəm. Vəziyyət həqiqətən çətindir. Mən hər şeyi başa düşürəm. Mən başqa planetdə yaşamıram. Sizinlə bir yerdə yaşayıram”, - deyə prezident cavab verib.

Xatırladaq ki, iyunun 8-də “Semey Ormanı” Dövlət Meşə Təbiət Qoruğunun tərkibinə daxil olan Batpaevski meşə təsərrüfatında yanğın baş verib. İyunun 9-da günorta saatlarında yanan sahə kəskin şəkildə artaraq 30 min hektara çatıb, axşama doğru isə artıq 60 min hektarı ötüb. Axtarış zamanı 14 nəfərin meyiti tapılıb. Daha biri isə hələ də axtarılır.

Qeyd edək ki, bu gün Qazaxıstan Respublikasında bayraqlar endirilib və ölkədə ümummilli matəm elan olunub.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN