Rusiya tərəfi İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dəfn mərasiminə dəvət olunmayıb.
Bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Bu gün İtaliya vaxtı ilə saat 3-də Milan Katedralində anım mərasimi, sonra isə Berluskoninin Milan yaxınlığındakı villasında dəfn mərasimi keçiriləcək. Dəfn mərasimində xarici iştirakın səviyyəsindən xəbərimiz yoxdur, lakin Rusiya tərəfi bu mərasimə dəvət olunmayıb. ”, - deyə Uşakov bu gün jurnalistlərə bildirib.
O xatırladıb ki, Putin İtaliya dövlətinin başçısına başsağlığı verib, həmçinin rəsmi şərhində Berluskoninin xüsusi rolunu, o cümlədən Rusiya ilə İtaliya arasında münasibətlərin inkişafı kontekstində vurğulanıb.
"Prezident təkcə konstruktiv işgüzar münasibətləri deyil, həm də uzunmüddətli dostluq münasibəti olan Silvio Berluskoninin vəfatı ilə bağlı dərin kədər hissi keçirir", - deyə Uşakov bildirib.
***
“Corriere della Sera” qəzetinin məlumatuna görə, Berluskonidən ailə üzvlərinə böyük məbləğdə miras qalıb - təxminən 5 milyard avro dəyərində. 5 milyarda dəyərləndirilən mirası isə 5 övladı və 16 nəvəsi arasında bölüşdürülməlidir.
Payın 4,89 milyard avrosu “Fininvest” ailə holdinqinin payına düşür. Holdinqə “Mediaset TV” şirkətinin 50%-i və “Mondadori” nəşriyyatının 53%-i, həmçinin “Mediolanum” bankı daxildir.
Beş uşağın hər biri hissələrin 7,65 faizinə, Berluskoni isə hissələrin 61,3 faizinə sahibdir.
Xatırladaq ki, Silvio Berluskoninin dəfn mərasimi bu gün - 14 iyunda Milan kafedralında keçiriləcək. Vida mərasimi isə mərhumun dünyasını dəyişdiyi gündən - iyunun 12-də Berluskoninin Arkordakı villasında başlayıb.
Berluskonu 86 yaşında dünyadan köçüb.
Onu da qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və sədrin köməkçisi, hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya gedib.
JASMİN