Norveç və Danimarka Ukrayna Silahlı Qüvvələrinə (USQ) 9 min artilleriya mərmisi, qoruyucu və toz yükü ötürmək barədə razılığa gəliblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyinin birgə bəyanatında deyilir.
“Ukraynalıların hələ də sursata böyük və təcili ehtiyacları var. Danimarka digər Aİ və NATO ölkələri ilə birlikdə bir sıra müxtəlif tədbirlər hazırlamaq prosesindədir. Norveçlə birlikdə biz indi 9000-dən çox tam artilleriya mərmisi göndərə bilərik”, – Danimarkanın müvəqqəti müdafiə naziri Troels Lund Poulsen bildirib.
Norveç Hərbi Nazirliyinin məlumatından məlum olduğu kimi, Norveç mərmiləri özləri, Danimarka isə qoruyucuları və toz yüklərini təmin edəcək.
Bundan əvvəl Pentaqonun Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketi hazırladığı bildirilirdi. ABŞ administrasiyasının rəsmilərinin sözlərinə görə, iyunun 16-da ABŞ müdafiə departamenti Kiyev üçün uzunmüddətli silah paketini, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatını elan edəcək. Qeyd olunur ki, vəsait həmçinin reaktiv yaylım atəşi sistemləri və “Hawk” raketlərinin, eləcə də iki növ təkmil “Patriot” hava hücumundan müdafiə raketlərinin alınmasına yönəldiləcək.
E.ŞİRİNOV