ABŞ hakimiyyəti Qarabağ nümayəndələrini Azərbaycan rəsmiləri ilə neytral ölkədə görüşməyə məcbur edir.

Tezadlar.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” Vaşinqtondakı diplomatik mənbəyə istinadən xəbər verir. Məlumata görə, əks halda, ABŞ regionda antiterror əməliyyatı elan etməyə hazırdır.

“Vaşinqton ultimatum şəklində Dağlıq Qarabağ nümayəndələrini Azərbaycan tərəfi ilə yaxın gələcəkdə üçüncü ölkədə görüşə razılaşmağa məcbur edir. Üstəlik, Qarabağ rəhbərliyi bu cür əlaqədən imtina edərsə, o zaman Azərbaycanın regionda antiterror əməliyyatı keçirəcəyi ilə hədələnir”, - agentliyin həmsöhbəti vurğulayıb.

O qeyd edib ki, Vaşinqton da görüşdə amerikalı kuratorun iştirakında israrlıdır. Diplomatik mənbənin sözlərinə görə, bu cür hərəkətlərin məqsədi ABŞ-ın bölgəyə yeridilməsidir.

Bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan bildirmişdi ki, ABŞ administrasiyası Ermənistan və Azərbaycan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində ən mübahisəli məsələlərin həlli yollarını təklif edib. Dövlət Departamentinin əməkdaşı dəqiqləşdirib ki, söhbət həm sərhədyanı əraziyə qoşunların çıxarılmasından, həm də Qarabağdakı etnik ermənilərin müdafiəsindən gedir. Onun sözlərinə görə, iki ölkə arasında aparılan danışıqlarda “müsbət irəliləyişlər” var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN