Abxaziyanın istefa vermiş prezidenti Aslan Bjaniya respublikadan kənarda deyil, ata-baba kəndi Tamışdadır.

Tezadlar.az bildirir ki, bu barədə TASS prezidentin informasiya mərkəzinə istinadən xəbər verir.

“Hazırda mən və yoldaşlarım ata-baba kəndində olan Tamışdayıq”, - o deyib.

Bjaniya həmçinin Krasnaya Polyanaya səyahət etmək fikrində olmadığını söyləyib, çünki Tamışda çoxlu işləri var. O, əlavə edib ki, onun Krasnaya Polyanaya getdiyini yazan insanlar “belə açıq yalanlar yayırlar, bu, onlara xasdır, bu onların həyat tərzidir”. O, həmvətənlərindən də bu cür təxribatlara reaksiya verməməyi xahiş edib.

Əvvəllər Bjaniya istefaya razılaşıb, onunla birlikdə baş nazir Aleksandr Ankvab və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Dmitri Dbar da öz postlarını tərk edirlər. Prezidentin respublika parlamentinin sədrinə ünvanladığı bəyanatda deyilir ki, Bjaniya “sabitliyi və konstitusiya nizamını qorumaq üçün” vəzifəsini tərk edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN