Fransa prezidenti Emmanuel Makron amerikalı sahibkar İlon Maskla bir ay ərzində ikinci dəfə görüşüb və onu birgə işləməyə dəvət edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Makron öz Twitter səhifəsində yazıb.
“Gəlin birlikdə işləyək” deyən Makron Muskla əl sıxarkən yayımlanan fotosunun altına yazıb.
BFMTV-nin məlumatına görə, fransalı iş adamı Bernard Arno Makron və Mask arasında keçirilən görüşdə iştirak edib.
Arno iyunun əvvəlində Bloomberg Milyarderlər İndeksinə (BMİ) görə dünyanın ən varlı adamları siyahısında ikinci yeri tutub. Qeyd edilir ki, Arno Musku birinci yerdən uzaqlaşdırıb.
Daha əvvəl France24 telekanalı yazıb ki, Makron Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmandan Rusiyaya Ukrayna məsələsində təsir göstərməyi xahiş edib. Makron şahzadəyə “Ukrayna məsələsinin” bütün dünya üçün nə qədər vacib olduğunu xatırladıb.
E.ŞİRİNOV