Ukraynanın Dnepropetrovsk vilayətində şaxtada baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə Ukrayna Energetika Nazirliyinin Telegram kanalında məlumat verilib.
İdarənin məlumatına görə, mədəndə metan partlayıb.
“Pavloqradda 200-ə yaxın işçinin çalışdığı kömür mədənində metan partlayışı baş verib. Üç işçi xəsarət alıb”, - Energetika Nazirliyindən bildirilib.
Bütün işçiləri səthə çıxara bildilər. Hadisənin səbəbləri aydınlaşdırılır.
Bundan əvvəl Rostov vilayətindəki "Oktyabrskaya-Cənub" mədənində qayanın çökdüyü bildirilirdi.
E.ŞİRİNOV