Rusiya prezidenti Vladimir Putin Afrika ölkələrinin liderlərinə və nümayəndələrinə izah edib ki, qlobal ərzaq böhranı Ukraynada hərbi əməliyyatların başlaması ilə bağlı deyil. Onun sözlərinə görə, bunun günahkarı Qərb dövlətləridir.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə prezident iyunun 17-də afrikalı həmkarlarının Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair təşəbbüsün müzakirəsi zamanı danışıb.

“Və bu ərzaq böhranı Qərb ölkələrinin, həm ABŞ, həm də Avropa ölkələrinin koronavirus epidemiyası ilə bağlı problemlərini həll etmək üçün əsassız, iqtisadi cəhətdən əsassız emissiyalarla məşğul olmağa başlaması nəticəsində yaranıb”, - o deyib.

Görüş zamanı Rusiya lideri həmçinin bildirib ki, Moskva afrikalı dostların Ukraynadakı vəziyyətin həlli yollarının tapılmasında marağını yüksək qiymətləndirir. O, həmçinin əməkdaşlığın yeni perspektivlərinə ümid etdiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN