Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücum əməliyyatı ölkə prezidenti Vladimir Zelenskinin ciddi səhv hesablanması səbəbindən uğursuzluqla nəticələnib.
Tezadlar.az xəbər verir ki, bu səbəbi öz YouTube kanalında Ukraynanın keçmiş rəhbəri Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin qeyd edib.
Politoloqun fikrincə, dövlət başçısı qələbə üçün lazım olan silahlar olmadan hücuma keçib. Onun fikrincə, Ukraynanın kifayət qədər tankları, zirehli transportyorları və sursatları, həmçinin təyyarələri və helikopterləri yoxdur.
“Əvvəldən deyirdilər ki, hər birində ən azı 300 tank, 400 zirehli transportyor və piyada döyüş maşını olmalıdır”, - deyə Soskin bildirib və Kiyevin strategiyasını dəyişməli olduğunu əlavə edib.
İyunun 16-da Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatın bütün dövrü ərzində Ukrayna Silahlı Qüvvələrinin ümumilikdə 10 min tank və digər zirehli texnikasının məhv edildiyini bildirib.
E.ŞİRİNOV