Liviya Baş Prokurorluğu beynəlxalq insan qaçaqmalçılığı şəbəkəsi ilə bağlı dörd şübhəlinin həbs edildiyini açıqlayıb.
Tezadlar.az yerli mediaya istinadən xəbər verir ki, texniki dəstəyin köməyi ilə müstəntiqlər cinayətlərin təşkilatçılarını müəyyənləşdirə və qaçqınların dəniz yolu ilə daşınması üçün istifadə olunan nəqliyyatın yerini müəyyən edə biliblər.
"Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 250 qeyri-qanuni miqrantın ölkədən qeyri-qanuni çıxarılmasının qarşısını almağa nail olub. Həmçinin insan qaçaqmalçılığında şübhəli bilinən 4 nəfəri saxlayıb", - agentliyin FAN-a istinadən məlumatında deyilir.
İstintaqçılar müəyyən ediblər ki, cinayətkar qrupun məqsədi ölkəni tərk edərək Avropaya getmək istəyən qaçqınlardan əldə etdikləri qanunsuz maddi gəlirlər olub.
E.ŞİRİNOV