Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı Vatikanla dialoq aparır.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, təmasların davam etdirildiyini Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Roma Papasının elçisi kardinal Matteo Zuppinin Moskvaya mümkün səfərini şərh edərkən təsdiqləyib.

“Biz sülhün bərqərar olması yolları ilə bağlı dialoqu davam etdiririk. Biz Vatikanın pontifik şəxsən qəbul etdiyi balanslı mövqeyini yüksək qiymətləndiririk”, - diplomat bildirib.

Bundan əvvəl məlum olub ki, Zuppi Rusiyaya gəlmək üçün Kremldən razılıq alıb. Eyni zamanda, səfərin hansı tarixlərdə baş tutacağı hələlik məlum deyil. Qeyd olunub ki, papa elçisinin Moskvaya səfəri həm də Papa Fransisk ilə Moskva və Bütün Rusiyanın patriarxı Kirill arasında görüşə şərait yarada bilər.

İyunun 6-da səfir Kiyevə səfər edib və Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb. Ukrayna lideri bildirib ki, görüş zamanı Ukraynanın “sülh formulu”nun həyata keçirilməsi çərçivəsində respublikadakı vəziyyət və humanitar əməkdaşlıq müzakirə olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN