Lvovda qəbiristanlıqda yer olmadığı üçün köhnə, adı açıqlanmayan qəbirlər qazılır.
Tezadlar.az bildirir ki, bu barədə “The New York Times” məlumat verib.
Nəşr yazır: “Yer açmaq üçün köhnə, heç bir işarəsi olmayan qəbirlər eksqumasiya edilir”.
Bu qərar, təmas xəttində hərbi əməliyyatların intensivləşməsi ilə bağlıdır.
Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna qoşunlarının iyunun 4-də cəbhədə hücum əməliyyatlarına başladığını bildirmişdi. Döyüşlərin ilk üç günü ərzində Ukrayna Silahlı Qüvvələri 3715-ə qədər hərbçisini, Rusiya tərəfi isə 71 əsgərini itirib. İyunun 7-də Ukrayna ordusunun itkiləri 945 nəfər təşkil edib. Hərbi texnikanın itkiləri isə yüzlərlə olub.
Ukrayna qüvvələri ilə təmasda olan Qərb KİV-ləri iyunun 9-da Ukrayna Silahlı Qüvvələrinin son bir neçə gündə xeyli itki verdiyini təsdiqləyiblər. Ukrayna Müdafiə Nazirliyi isə itkilər barədə məlumatları dərc etməkdən imtina edib.
E.ŞİRİNOV