Tezadlar.az-ın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, Ağ Ev rəhbəri Co Bayden Çin lideri Si Cinpini diktator adlandırıb.
Agentliyin məlumatına görə, ABŞ prezidenti Kaliforniyada öz kampaniyası üçün maliyyə toplama toplantısı zamanı oxşar bəyanatla çıxış edib. Dövlət başçısı həmçinin bildirib ki, Çin prezidentinin fevralın 4-də ABŞ hava məkanında vurulan Çin şarının yeri barədə məlumatı olmaya da bilər və o, əvvəllər nəzərdə tutulan kursdan kənara çıxıb.
Bayden daha əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Pekin hava şarının harada olduğunu və içində nə olduğunu bilmir. Həmin vaxt o, tezliklə Si Cinpinlə görüşəcəyinə ümid etdiyini bildirib.
E.ŞİRİNOV