Avropa İttifaqı (Aİ) nümayəndələrinin Ukraynada xüsusi əməliyyat başlayandan sonra dondurulmuş bütün Rusiya aktivlərinə həbs qoymaq üçün hüquqi imkanları yoxdur.

Tezadlar.az xəbər verir ki, bu məlumatı “Bloomberg” nəşri yayıb.

Müvafiq sənədin jurnalistlərin əlinə keçdiyi qeyd olunur. Söhbət Avropa İttifaqının dondurduğu 200 milyard avrodan gedir. Hazırda “dondurulmuş” vəsaitlərin müsadirə edilməsi üçün etibarlı hüquqi yol olmadığı vurğulanır. Birlik liderlərinin gələn həftə Brüsseldə keçiriləcək görüşdə vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Bir neçə iri bankın Rusiya aktivlərinin müsadirə edilməsi ideyasına qarşı çıxdığı vurğulanır. Onlar hesab edirlər ki, bu hərəkətlər Rusiyanın cavab addımlarına səbəb ola bilər. Maliyyə dairələrində bəziləri “prinsipcə müsadirəyə qarşıdır”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN