Rusiya İstintaq Komitəsinin regional idarəsindən verilən məlumata görə, Primoryedə qonşusuna alov qurğusu ilə hücum edən və qadını zıpkınla yaralayan 63 yaşlı kişi barəsində qətlə cəhd işi açılıb.
İstintaqın məlumatına görə, iyunun 25-də Trudovoye kəndinin Vasili Ryabov küçəsindəki evin yaxınlığında kişi qonşusu və bağçılıqla məşğul olan qeyri-kommersiya ortaqlığının sədri ilə münaqişə edib.
Dava elektrik enerjisini kimin oğurlaması üstündə baş verib. Bu faktı aydınlaşdıran zaman ekskavatorun elektrik kabelini qazması yaxınlıqdakı evlərdən birinin sakinini qəzəbləndirib və o, qonşusunu əldəqayırma alov qurğusu ilə hədələməyə başlayıb. Təcili yardım maşını hadisə yerinə gedərkən təcavüzkar qadının da boynundan zıpkınla yaralayıb.
Hadisə yerinə baxış keçirən müstəntiqlər cinayətin bütün silahlarını ələ keçirib. Yaralılara tibbi yardım göstərilib.
Şübhəli şəxs də yanıq xəsarətləri alıb və xəstəxanadadır.
E.ŞİRİNOV