Prezident Vladimir Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə Gürcüstan səfirinə sərt etiraz bildirməyi və “paytaxtları ilə məsləhətləşmələr üçün” 48 saat ərzində ölkəni tərk etməyi təklif etməyi tapşırıb.
Tezadlar.az Ukraynanın “Strana.ua” nəşrinəistinadən xəbər verir ki, bu sərəncama səbəb Gürcüstan hakimiyyətinin “Ukrayna vətəndaşı Mixail Saakaşvili” ilə bağlı hərəkətləridir.
Belə ki, Zelenski bazar ertəsi mediada görünən nəzərəçarpacaq dərəcədə arıq Saakaşvilinin fotolarına reaksiya verib. Gürcüstanın keçmiş prezidenti Tbilisi şəhər məhkəməsinin iclasında onlayn iştirak edib.
Bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynanın müvəqqəti işlər vəkilini Gürcüstan aviaşirkətinə qarşı sanksiyalara görə çağırıb. Saakaşvili 2021-ci il oktyabrın əvvəlində Gürcüstanda saxlanılıb. O, bir neçə cinayət işi üzrə ittiham olunur.
E.ŞİRİNOV