Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin yeni fotoları onun sağlamlıq durumunun kritik olduğunun göstəricisidir...

Tezadlar.az Ukrainskaya pravda"ya istinadla bildirir ki, Prezident Zelenskinin ardınca Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da bu vəziyyətlə barışmaz olduğunu deyib. Sitat: "Bilirsiniz, dövlət nədənsə narazı olanda reaksiyanın birinci səviyyəsi etiraz etməkdir. İkinci reaksiya səviyyəsi səfirinizi məsləhətləşmələr üçün geri çağırmaqdır. Üçüncü reaksiya səviyyəsi isə bir neçə miqyasda daha yüksək səviyyədədir - bu ölkənin səfirindən öz hökuməti ilə məsləhətləşmələr üçün Ukraynanı tərk etməsini xahiş etməkdir. Diplomatiyada bu, son dərəcə sərt formadır, lakin Gürcüstan hakimiyyəti buna layiqdir... Biz hesab edirik ki, Gürcüstan hakimiyyəti Saakaşvilini ələ salmağı dayandırmalı və onu bizə qaytarmalıdırlar, çünki o, Ukrayna vətəndaşıdır”.

Nazir əgər belə davam edərsə, Gürcüstan hakimiyyəti ilə bağlı başqa tədbirlərə əl atılacağını dilə gətirib. O, qeyd edib ki, artıq bıçaq boğaza dirənib, "...Saakaşvili Ukraynaya, məhz Ukraynaya qaytarılmalıdır...".

Sitatın sonu.gözlənilir ki, Gürcüstan hakimiyyəti bu gün lazımi tədbirlərə əl atacaq və Saakaşvili üzərindən düşmən dəyirmanına su tökmək vaxtı deyil və Ukrayna ilə ümumi razılığa gəlinməlidir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN