Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolts ilə telefon danışığında Qərbin silah sistemlərinin gücündən danışıb və Almaniyanın IRIS-T zenit-raket komplekslərinin (SAM) effektivliyini qeyd edib və onu “çox güclü” adlandırıb.

Bu barədə Almaniyanın “Der Spiegel” jurnalı yazıb.

"Mükəmməl Iris-T sistemləri hava məkanımızın qorunmasında effektivliyini sübut etdi", - Prezident Şoltsla telefon danışığından sonra yayımlanan videomüraciətində bildirib.

Ukrayna lideri onu da bildirib ki, Almaniya da Ukraynaya Amerikanın çox effektli “Patriot” zenit-raket kompleksini təhvil verib və Kiyev buna görə çox minnətdardır.

Bundan əvvəl Vladimir Zelenski Ali Radanın iclasında çıxışı zamanı bildirmişdi ki, ölkə Avropa İttifaqına üzv olmağa namizəd olduqdan sonra onu NATO-nun daxil olması ilə “eyni şey” gözləyir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN