Azərbaycanın Ermənistan silahlı qüvvələrinin bölmələrinin Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı bəyanatları reallığa uyğun gəlmir.

Tezadlar.az xəbər verir ki, bu yalanı utanmadan Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında hamının gözünə baxa-baxa deyib.

"Azərbaycanın Ermənistan Respublikasına qarşı əsassız ittihamları dayanmır. Xüsusilə də Azərbaycan Ermənistandan Ermənistan ordusunun bir hissəsinin Dağlıq Qarabağdan çıxarılmasını tələb etməkdə davam edir, Ermənistanın isə Dağlıq Qarabağda heç bir əsgəri yoxdur. Dağlıq Qarabağda Dağlıq Qarabağ Müdafiə Ordusu fəaliyyət göstərir", - deyə o, erməni yalanını həyasızcasına davam etdirərək qeyd edib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN