Alyansın baş katibinin sözlərinə görə, o, iyulun 10-da Vilnüsdə Türkiyə və İsveç liderləri ilə fikir ayrılıqlarının həlli istiqamətində işi davam etdirmək üçün görüş keçirəcək.
İyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitində İsveç heç bir halda alyansa üzv ola bilməyəcək, çünki Türkiyənin bu vaxta qədər ərizəni ratifikasiyası hətta onun razılığı ilə də mümkün deyil.
Tezadlar.az xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Mümkün olan və əldə etmək istədiyimiz sammitdə Türkiyənin ratifikasiyaya razı olacağı müsbət qərardır. Amma hələ görüləcək işlər var. Ratifikasiya bazar ertəsi baş tutmayacaq, amma biz siyasi həllə nail ola bilərik", - o, Vilnüsdə keçiriləcək sammitdə İsveçin NATO-ya üzv olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
Stoltenberqin sözlərinə görə, o, iyulun 10-da Vilnüsdə Türkiyə və İsveç liderləri ilə fikir ayrılıqlarının həlli istiqamətində işi davam etdirmək üçün görüş keçirəcək.
E.ŞİRİNOV