Samara vilayətində Promsintez zavodunda partlayış baş verib.
Vəziyyətlə tanış olan mənbə Samara vilayətinin Çapayevsk şəhərindəki Promsintez zavodunda baş vermiş partlayış nəticəsində 6 nəfərin öldüyünü bildirib.
Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər də yaralanıb.
"Kəmərin bir hissəsinin dəyişdirilməsi işləri zamanı zavodun ərazisində partlayış baş verib. Müəssisənin 6 əməkdaşı həlak olub, ikisi yaralanıb", - mənbə bildirib.
Partlayış iyulun 7-də səhər saat on bir radələrində baş verib. Hadisə nəticəsində dağıntı olmayıb. Təfərrüatlar aydınlaşacaq. Yaralılara həkimlər tərəfindən tibbi yardım göstərilir.
E.ŞİRİNOV