İran hakimiyyəti bildirir ki, Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyi tam təmin olunacaq.

Tezadlar.az xatırladır ki, bu barədə dünən İranın Xarici İşlər Nazirliyinin  rəsmi nümayəndəsi Nasir Kənani deyib.

"İran öz məsuliyyətini başa düşür  və məsuliyyətlə hərəkət edəcək. Təbii ki, bu ölkənin səfirliyi (Azərbaycanın Tehrandakı səfirliyi - İF) maksimum qorunacaq", - İranın “Tansim” agentliyi Kənanidən sitat gətirib.

 Qeyd edək ki, ötən il İran Zəngəzur dəhlizi layihəsinə kəskin şəkildə qarşı çıxdıqdan və Azərbaycanla sərhədlərdə hərbi təlimlər keçirməyə başladıqdan sonra Bakı və Tehran arasında münasibətlər pisləşməyə başladı. İranlı siyasətçilər İsraildə səfirlik açmaq qərarına görə Azərbaycanı təhdid etməyə başladılar.

Bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində diplomatik missiya əməkdaşının ölümü və daha iki nəfərin yaralanması ilə münasibətlər tamamilə pisləşib. Bundan sonra Azərbaycan öz səfirliyini təxliyə edib, yalnız Təbrizdəki Baş Konsulluğu saxlayıb. Lakin son vaxtlar Tehran münasibətlərin normallaşması üçün diplomatik addımlar atmağa başlayıb. Bakı bundan ötrü Azərbaycan səfirliyinə qarşı terror aktında iştirak edənlərin hamısının aşkar edilməsi və cəzalandırılması şərtini irəli sürür. 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN