ABŞ prezidenti Co Bayden çərşənbə günü Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
“Sabah prezidentin Zelenski ilə görüşmək imkanı olacaq”, - deyə Sullivan bildirib.
Qeyd edək ki, çərşənbə axşamı NATO-nun Vilnüs sammiti başlayır. Gözlənildiyi kimi, görüş çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ölkənin NATO-ya daxil olması məsələsini yenidən gündəmə gətirmək niyyətindədir.
Bundan əlavə, NATO-nun baş katibi Yens Stoltenberq Avropada 300 min hərbçinin yerləşdirilməsi və blokun gücləndirilməsi üçün əlavə tədbirlər barədə rəsmi açıqlama verə bilər.
E.ŞİRİNOV