NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyə və İsveçin alyansa qəbulu ilə bağlı səsləndirdiyi qeyd olunan şərtlərlə yanaşı, ABŞ prezidenti Co Baydenə ünvanlana biləcək başqa tələblər də ola bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
Vaşinqtondakı Brukinqs İnstitutunun köşə yazarı və qonaq əməkdaşı Əsli Aydıntaşbaşın sözlərinə görə, belə tələblərdən biri Amerika F-16 qırıcılarının tədarükü ilə bağlıdır.
Nəşrin yazdığına görə, təyyarələrin tədarükü Türkiyənin 2017-ci ildə Rusiyadan S-400 zenit-raket kompleksləri almaqdan ibarət olan “strateji səhvi” ucbatından əngəl törədib, bundan sonra Türkiyə ABŞ sanksiyalarına məruz qalıb. İndi Türkiyə hərbi hava qüvvələrini modernləşdirməli olduğu üçün ABŞ-dan yeni F-16-ların alınması və mövcud 80 təyyarəsinin təkmilləşdirilməsi ilə bağlı rəsmi müraciət edib.
Aydıntaşbaş Ankaranın daha bir mümkün tələbini, yəni Türkiyənin Avropa İttifaqındakı yeri ilə bağlı “güclü və aydın bəyanat verməsini” də xatırladır. İsveç artıq Aİ ilə Türkiyə arasında azad ticarət sazişinin genişləndirilməsini dəstəkləməyə razılıq verib və köşə yazarı digər NATO üzvlərinin də nümunə götürə biləcəyini təklif edir.
Bundan əvvəl Stoltenberq bildirib ki, İsveç Türkiyənin Aİ-yə daxil olması prosesinin bərpasına, Aİ ilə Türkiyə arasında gömrük ittifaqının modernləşdirilməsinə, eləcə də viza rejiminin liberallaşdırılmasına köməklik edəcəyinə söz verib.
E.ŞİRİNOV