NATO-nun 11 ölkəsi avqust ayından etibarən ukraynalı pilotlara Amerika F-16 qırıcılarını idarə etmək üçün təlimlərə başlamağa söz verib.
Tezadlar.az “Politico”-ya istinadən xəbər verir ki, Rumıniyada mərkəz yaradılana qədər hərbçilər əvvəlcə Danimarkada təlim keçəcəklər.
Missiyaya rəhbərlik edən Danimarka və Hollandiyaya görə, pilotların ilk partiyası gələn ilin əvvəlinə qədər təlimlərini başa vurmalıdır. Belçika, Kanada, Lüksemburq, Norveç, Polşa, Portuqaliya, Rumıniya, İsveç və Böyük Britaniya da proqramın üzvləridir. Hələlik heç bir ölkə Ukraynaya F-16 qırıcıları göndərməyi təklif etməyib.
ABŞ prezidenti Co Bayden may ayında müttəfiqlərinə Ukrayna pilotlarına Qərb döyüş təyyarələrində təlim keçmək üçün beynəlxalq koalisiyaya dəstək verəcəyini demişdi.
E.ŞİRİNOV