Xarkov vilayətinin polisi Avropa İttifaqına (Aİ) qaçan ukraynalılar haqqında məlumatları İnterpola ötürməyə başlayıb.
Tezadlar.az bildirir ki, bu barədə regionun Milli Polis İdarəsinin istintaq şöbəsinin rəhbəri Serhiy Bolvinov Facebook-da məlumat verib.
“Biz Ukraynada ilk olaraq satqınların sivil dünyada məskunlaşmasının və gizlənməsinin qarşısını almaq üçün sxemi sınaqdan keçirmişik”, - deyə rəsmi vurğulayıb.
Bolvinov qeyd edib ki, Ukrayna ərazisində cinayət törətməkdə şübhəli bilinən şəxslər haqqında məlumatlar İnterpola ötürülür. O, qeyd edib ki, belə vətəndaşlar özlərini iddia etdikləri kimi siyasi qaçqın və ya “müharibə qurban” deyillər.
Şöbə müdiri əlavə edib ki, beynəlxalq təşkilatın məlumat bazasına qanunsuz olaraq Avropa İttifaqına gedən 25 ukraynalı haqqında məlumat daxil edilib.
Bundan əvvəl məlum olub ki, Ukrayna Ali Radası səfərbərliyi sərtləşdirərək, ona tabe olan şəxslərin siyahısını genişləndirib.
E.ŞİRİNOV