Türkiyə növbəti dağıdıcı zəlzələdən qorxur.

Tezadlar.az xəbər verir ki, ekologiya və şəhərsalma naziri Mehmet Özhaseki İstanbul bölgəsində baş verə biləcək zəlzələ ilə bağlı səlahiyyətli orqanlar üçün hazırlıqlara başladığını açıqlayıb.

Özhaseki İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu və şəhərin rayon rəhbərləri ilə görüşərək mümkün zəlzələ ilə bağlı müzakirələr apardığını bildirib. İclasın nəticəsi olaraq hakimiyyət gələn həftə ona hazırlıq işlərinə başlamaq qərarına gəlib.

Nazir bildirib ki, İstanbul mümkün zəlzələ baxımından dünyanın ən təhlükəli on şəhəri sırasındadır. Özhasekinin sözlərinə görə, bu şəhərdə 1,5 milyona yaxın bina risk altındadır, 600 min bina isə yüksək risk zonasındadır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN