Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini admiral Kristofer Qredi və ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Braunla hərbi əməkdaşlığı müzakirə edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin saytı məlumat yayıb.
Görüş Asryanın ABŞ-a səfəri zamanı baş tutub. Tərəflər müdafiə sahəsində əməkdaşlıq, Ermənistanın Amerika proqramlarında iştirakı və digər məsələləri müzakirə ediblər. Söhbət həm də “tapşırıq üzrə komandanlıq” anlayışının və peşəkar serjant sisteminin tətbiqindən gedib.
Tərəflər regional təhlükəsizlik problemlərini də müzakirə ediblər.
Bundan əvvəl Ermənistan bəyan edib ki, Rusiya əleyhinə sanksiyalarla bağlı ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq edirlər. Ona görə də İrəvan “sanksiyalardan yan keçə biləcəyi məkan” olmaq istəmir.
E.ŞİRİNOV