Rusiya iyulun 24-də Moskva və Krımda pilotsuz uçuş aparatlarının (PUA) hücumuna cavab olaraq sərt tədbirlər görmək hüququnu özündə saxlayır.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin departamentin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.
“Biz baş verənləri Ukraynanın hərbi-siyasi rəhbərliyinin növbəti terror metodlarından istifadə etməsi, dinc əhalinin qorxudulması kimi qiymətləndiririk. Bu hücumların heç bir hərbi mənası yox idi", - deyə Rusiya diplomatik departamenti qeyd edib.
Bəyanatda vurğulanır ki, bu “Ukrayna neonasistlərinin həyasız hərəkətləri”nin arxasında Qərb ölkələrinin diqqətini Ukrayna münaqişəsinin daha da genişlənməsinə yönəldir. Rusiya Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatları bu hadisəyə düzgün qiymət verməyə çağırıb.
Qeyd edək ki, səhər saat dörd radələrində iki pilotsuz təyyarə Moskvaya hücum edib. Komsomolski prospektində bir pilotsuz təyyarənin qalıqları tapılıb. İkinci dron daha əvvəl Lixaçov prospektində yerləşən biznes mərkəzinin binasına düşüb.
Daha sonra Rusiya Müdafiə Nazirliyi izah edib ki, pilotsuz təyyarələr elektron müharibə ilə yatırılıb, ciddi ziyan qeydə alınmayıb. Moskva meri Sergey Sobyanin hadisə zamanı xəsarət alan olmadığını vurğulayıb.
E.ŞİRİNOV