İyulun 25-də Moskvada Rusiya, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov üçtərəfli və ayrı-ayrı ikitərəfli danışıqlar aparacaq, üç ölkənin diplomatik idarələrinin rəhbərləri Dağlıq Qarabağ ətrafında vəziyyətin deeskalasiyası yollarını təhlil edəcəklər.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"İyulun 25-də Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Respublikasının xarici işlər nazirləri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli və ayrıca ikitərəfli danışıqlar keçiriləcək. Xarici işlər nazirliklərinin rəhbərləri Dağlıq Qarabağ ətrafında vəziyyətin deeskalasiyası yollarını təhlil edəcək və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərinin icrasını aktivləşdirəcəklər", - Rusiya diplomatik missiyasının bəyanatında deyilir.
Rusiya Xarici İşlər Nazirliyi məlumat verib ki, görüş zamanı tərəflər “Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, Rusiyanın maksimum yardım göstərməyə hazır olduğu qalan məsələlərin həlli yollarının axtarışına” xüsusi diqqət yetirəcəklər.
"Nazirlər həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər əsas istiqamətlərini, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası, ictimaiyyətlə ekspertlər arasında təmaslar, parlamentarilər arasında dialoqun başlanması kimi məsələləri müzakirə edəcəklər", - nazirlik əlavə edib.
“Ceyhun Bayramov və Ararat Mirzoyanla ikitərəfli söhbətlər zamanı əsas diqqətin siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə Rusiya-Azərbaycan və Rusiya-Ermənistan gündəmlərinin aktual məsələlərinin müzakirəsi planlaşdırılır”, - deyə Rusiya Xarici İşlər Nazirliyi yekunlaşdırıb.
E.ŞİRİNOV