Rusiyada kriptovalyuta birjasından vəsaitlərin mənimsənilməsi ilə bağlı ilk iş Moskvanın Meşçanski Məhkəməsinə veriləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə işə əvvəllər baxılan Novosibirsk vilayətinin ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, bu qərarı Moskva Ali Məhkəməsi təqsirləndirilən şəxs və onun vəkillərinin müvafiq vəsatətindən sonra qəbul edib.

Xatırladaq ki, müttəhim Wex kriptovalyuta birjasının keçmiş sistem inzibatçısıdır. İstintaqın məlumatına görə, 2018-ci ilin oktyabrında bir şəxs kriptovalyuta pul kisələrinin birləşmiş cari hesablarına və ünvanlarına sahiblərin və istifadəçilərin girişini bloklayıb.

Nəticədə o, 3,1 milyard rubl dəyərində müxtəlif kriptovalyutaları mənimsəyib. Qanunvericiliyə görə, bu məbləğ xüsusilə böyük məbləğ kimi təsnif edilir.

Bu günə kimi cinayət işinin istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs həbsdədir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN