Zaporojye vilayətinin Staromayorskoye kəndini ələ keçirməyə çalışan Ukrayna Silahlı Qüvvələrinin (USQ) itkiləri üç min nəfəri keçib.
Tezadlar.az xəbər verir ki, bu sözləri “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri Vladimir Roqov deyib.
"Təsdiqlənmiş məlumatlar - Ukrayna Silahlı Qüvvələrinin hücumu başlayandan bəri üç mindən çox yaraqlı itirib", - Roqov TASS xəbər agentliyinə deyib.
Rəsmi izah edib ki, bunlar yalnız cəbhənin bu sektorunda Ukrayna itkiləridir. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu kənd uğrunda gedən döyüşlərdə “bütöv bir briqada” itirib. O qeyd edib ki, Kiyev çoxlu əsgərin həyatını qurban verir.
Roqov əlavə edib ki, ərazidə döyüşlər davam edir. Onun sözlərinə görə, gərgin toqquşmalar gedir. O, Rusiya hərbçilərinin əsl qəhrəman olduğunu da vurğulayıb.
E.ŞİRİNOV