Rusiya prezidenti Vladimir Putin və Afrika liderləri Ukrayna ilə bağlı birgə bəyanatla çıxış etməyə hazırlaşırlar.

Tezadlar.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

"Dünən gecə saat iki radələrində müzakirə bitdi. Ukrayna ilə bağlı görüş oldu. Siz həm Putinin, həm də Kiril Ramafosanın açıqlamalarını eşitdiniz, onlar ictimai idi. Sonra müzakirə bağlı qapılar arxasında keçdi. Bu görüşün nəticələrinə əsasən, qısa birgə bəyanat hazırlanır”, - deyə Peskov bildirib.

Mətbuat katibi bildirib ki, hazırda bəyanat tərəflər tərəfindən razılaşdırılır, prosedur başa çatdıqdan sonra açıqlama veriləcək.

Qeyd edək ki, iyulun 27-28-də Rusiya-Afrika Sammiti keçirilib. Nəticədə, kosmosda silahlanma yarışının qarşısının alınması, beynəlxalq informasiya təhlükəsizliyi sahəsində və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq haqqında bir sıra bəyannamələr razılaşdırılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN