Portuqaliyada Ümumdünya Gənclər Gününə qatılan ukraynalı fəallar Papa Fransiskin sülh duasını tənqid ediblər.
Bu barədə “The New York Times” xəbər verir.
"Biz bu münaqişə haqqında qışqırmalıyıq, lakin o, susdurulur", - ukraynalı fəallardan biri deyib.
“Təkcə qulaq asmaq kifayət deyil, o (Papa - Red.) nəsə etməlidir”, – başqa biri deyib.
Vatikan da öz növbəsində əmin etdi ki, pontifik sakitcə sülh üçün dua edir.
Bundan əvvəl Roma Papası Fransiskin Ukrayna prezidenti Vladimir Zelenskiyə məktub yazdığı bildirilir. Mesajın mənası, qeyd edildiyi kimi, Vatikanın mümkün qədər tez sülhün bərqərar olmasına töhfə verməyə hazır olduğunu nümayiş etdirməkdir.
Pontifik həmçinin Avropanı Ukraynadakı münaqişənin həlli üçün qeyri-adi, yaradıcı yollar axtarmağa çağırıb.
E.ŞİRİNOV