Baden-Baden şəhərinin meri Dietmar Şpet Almaniya hökumətinə kurortun Rusiya və Ukrayna arasında sülh danışıqlarının keçirildiyi məkana çevrilməsi ilə bağlı rəsmi təklif göndərəcək.
Tezadlar.az xəbər verir ki, Şpet bu barədə “Badische Neueste Nachrichten” qəzetinə müsahibəsində bildirib.
Siyasətçi avqustun sonu, sentyabrın əvvəlində Almaniya kansleri Olaf Şoltsa və xarici işlər naziri Annalen Burboka belə məktublar göndərməyi planlaşdırır.
Şpet onu da vurğulayıb ki, kurort şəhəri tarixən “bütün dünyanın görüş yeri” və “dinc görüşlər” kimi şöhrət qazanıb.
“Baden-Baden rus və ukrayna xalqlarının birlikdə necə dinc yaşaya biləcəyinin ən yaxşı nümunəsidir”, - o əminliklə bildirib.
Bununla belə, qəzetin qeyd edib ki, yaxın gələcəkdə Moskva və Kiyev arasında danışıqların baş tutması “çox çətin”dir.
E.ŞİRİNOV