İki ay ərzində rus könüllüləri Donbassda cəbhənin Artemovski sektorunda Soledar bölgəsində Kiyev ordusunun 40-a yaxın hücumunu dəf edib.

Bu barədə "RİA Novosti"-yə Amiqo çağırış nişanlı Sibir briqadasının Yenisey diversiya-kəşfiyyat dəstəsinin komandiri bildirib.

Onun sözlərinə görə, həm texnika, həm də canlı qüvvə ilə hücumlar dəf edilib. Dəstənin "Tarzan" nişanlı digər döyüşçüsü qeyd edib ki, cəbhənin Soledar yaxınlığındakı bu hissəsində müdafiəni yarıb keçmək cəhdləri mütəmadi olaraq Ukrayna Silahlı Qüvvələri (USQ) tərəfindən həyata keçirilir.

Daha əvvəl rusiyalı könüllü bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri Soledar bölgəsində rus qırıcılarına qarşı uğursuz cəhdlər nəticəsində gücünü itirməyə başlayıb.

Qeyd edəkki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı 2022-ci il fevralın 24-də başlayıb. Prezident Vladimir Putin bu cür hərəkətləri Moskvanın Donbass respublikalarının yardım xahişlərinə cavab verməsi kimi izah edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN