Dünən gecə Rusiyanın paytaxtı Moskvaya dron hücumu olub.
Tezadlar.az Rossiya 24 TV-yə istinadla bildirir ki, bu barədə paytaxt Moskvanın meri Sergey Sobyanin teleqramda bildirib. Onun sözlərinə görə, iki zərbə PUA-sı şəhərə daxil olmağa cəhd edib. Sitat:"Hər ikisi HHM tərəfindən vurulub. Biri Domodedovo bölgəsində, digəri Minsk şosesi tərəfdə. Hazırda düşmüş qalıqlardan dolayı zərərçəkmişlər barədə məlumat yoxdur".
Zelenski isə ötən gün açıqlamasında bildirib ki, Ukraynanın əks-hücumlarında ləngimələr vardır... Müharibə isə davam edir.
TEYYUB ƏLİOĞLU