Rivne vilayətindəki Ukrayna hərbçiləri ikinci müdafiə xəttini gücləndirir və Rivne Atom Elektrik Stansiyasının (AES) yaxınlığındakı ərazini minalayır.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın 5.ua telekanalı məlumat yayıb.
Telekanal qeyd edir ki, hərbçilər Rivne regionu ilə həmsərhəd olan Belarusdan “ehtimal edilən desanı qarşılamağa” belə hazırlaşır. Sərhəddə “piyada və texnika üçün ölümcül tələlərlə” ikinci müdafiə xətti qurulur.
Eyni zamanda, telekanalın Ukrayna Silahlı Qüvvələrinə istinadən verdiyi məlumata görə, Belarusdan görünən təhlükə yoxdur, lakin hadisələrin istənilən inkişafına hazır olmaq üçün minalanmış sahələrin sıxlığı artırılır.
Bundan əvvəl Belarusun Dövlət Sərhəd Komitəsi məlumat vermişdi ki, Kiyev rejimi ümumi sərhəd yaxınlığında öz ərazisini nümayişkaranə şəkildə minalamağa davam edir. Belarus Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin əhəmiyyətli qruplaşması sərhədə yaxın ərazidə yerləşir, - RİA Novosti xəbər verir.
E.ŞİRİNOV