Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, keçirilən növbəti profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 12 tüfəngi könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
R.XUDATQIZI